ABA Rəyasət Heyəti üzvləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura üzvləri arasında görüş keçirilmişdir

Əlavə edilib:

29 iyun 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İctimai Şura arasında görüş keçirilmişdir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, Rəyasət Heyəti üzvləri, İcraçı direktor Yunus Abdulov iştirak etmişdir.

Görüş zamanı ABA-nın fəaliyyəti, əlaqədar qurumlarla əməkdaşlıq münasibətləri, real sektorun maliyyələşməsi sahəsindəki çağırışlar və imkanlar, sektorun korporativ sosial məsuliyyət çərçivəsində gördüyü əhəmiyyətli işlər və digər əlaqədar məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış, bank-maliyyə sektoru üzrə şura üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

MÜDDƏT