Azərbaycan Respublikasının Mərkəzi Bankı və ABA üzv bankların nümayəndələri arasında görüş keçirilmişdir

Əlavə edilib:

27 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında görüş keçirilmişdir.

Görüş zamanı AMB tərəfindən hazırlanmış “Ödənişlərdə fırıldaqçılıq hallarının statistik hesabatlarının tərtibi və təqdim edilməsinə dair” Təlimatın layihəsi müzakirə edilmişdir.

Əlavə edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT