Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” arasında onlayn görüş keçirilib

Əlavə edilib:

21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” arasında onlayn görüş keçirilib.

Məlum olduğu kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) cari ilin 11 iyun – 10 sentyabr tarixlərində kapital bazarının təşviq edilməsi, qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin genişləndirilməsi, eləcə də daha çox investor kütləsinin prosesə cəlb edilməsi məqsədi ilə səhmlərinə ilkin kütləvi təklif üzrə abunə yazılışı həyata keçirir.

Görüş zamanı səhmlərə əlçatanlığının təmin edilməsi və abunə yazılışı prosesinin kütləviliyinə dəstək məqsədilə digər bankların mobil tətbiqləri, həmçinin bankların filialları vasitəsilə investorların sifarişlərinin qəbul edilməsinə imkan yaradılması məsələləri müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT