Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar görüş keçirilib

Əlavə edilib:

7 dekabr 2018-ci il tarixində  Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar iclas keçirilib.

İclasda Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri iştirak edib.

ABA tərəfindən təşkil olunmuş iclasda Azərbaycanda İslam maliyyəsi və bankçılığının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericilik, tənzimləmə sistemi və nəzarət tələbləri, ölkədə bank xidmətləri, mikromaliyyə, sığorta və qiymətli kağızlar sektorlarının imkanları, bu sektorda İslam maliyyəsi üçün imkanlar; bazar iştirakçıları üçün İslam maliyyəsinə əsaslana biləcək mümkün məhsullar, tələb və təklif istiqamətləri, mexanizmlər, əməliyyatlar və sair məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

İclasda həmçinin “Azərbaycanda İslam bankçılığı üçün hüquqi çərçivənin inkişaf etdirilməsi” layihəsi ilə bağlı təqdimat keçirilib və bu çərçivədə söhbətlər aparılıb.

Qeyd edək ki, ABA 1990-cu ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 29 bank və 3 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT