AzFina-nın təşkilatçılığı, AMB və ABA-nın tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2023” tədbiri keçirilmişdir

Əlavə edilib:

26 oktyabr 2023-cü il tarixində Baku Marriott Boulevard otelində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2023” tədbiri keçirilmişdir.

Forumda sektorun aparıcı ekspertləri fintex sektorunun cari vəziyyəti və inkişaf trendləri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun fintexlər üçün açdığı imkanlar, innovativ ödəniş həlləri, rəqəmsal bankçılıq, fintex startapların inkişafı, investisiya imkanları kimi bir çox mövzuda çıxışlar etmiş və müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində “Fintex ekosistemi – gələcəyə baxış”, “Maliyyə sektorunda hüquq və əməkdaşlıq”, “Fintex sahəsinə yatırımlar imkanı”, “Fintex startaplarının inkişafı”, “Rəqəmsal bank sistemi” mövzularında panel sessiyaları keçirilmişdir. Forumda 300-dən çox sahə üzrə yerli və xarici qonaqlar iştirak etmişdir.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilmişdir. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT