Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək

Əlavə edilib:

9–10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbir təşkil olunacaq.

Sammit, regonal və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksək səviyyəli platforma kimi nəzərdə tutulub. Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.

Sammitin Qlobal Tərəfdaşı VISA şirkətidir.

Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunacaq. Tədbirin hədəfləri regional əməkdaşlığın möhkəmləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı), beynəlxalq tərəfdaşlıqların təşviqi və ortaq maliyyə baxışının formalaşdırılmasıdır.

Tədbir çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparacaqlar:

  • Regional inteqrasiya və beynəlxalq əməkdaşlıq
  • Bankçılıqda rəqəmsal transformasiya
  • Ödəniş və hesablaşma sistemləri
  • Açıq bankçılıq və API ekosistemləri
  • Süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma
  • Kiber təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması
  • Komplayens, ÇPY və TM qarşısının alınması (AML/CFT)
  • Alternativ bankçılıq (islam maliyyəsi daxil olmaqla)
  • Dayanıqlı və yaşıl maliyyə
  • İnvestisiya imkanları
  • İnsan kapitalı, bacarıqlar və maliyyə savadlığı

Sammit, bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutları bir araya gətirəcək.

Tədbir haqqında daha ətraflı məlumat üçün rəsmi səhifəyə baxa bilərsiniz.

Ötən illərdə keçirilən tədbirlərimiz:

Brendinizi beynəlxalq səviyyədə təqdim etmək və sektorun liderləri ilə bir araya gəlmək fürsətini qaçırmayın!

Sizi bu önəmli tədbirlərdə görmək üçün səbirsizlənirik!

📩 Əlaqə: office@gbmevents.az ; info@gbmevents.az

🔗 Bizi izləyin:

• LinkedIn
• Facebook

MÜDDƏT