Bakıda “Customer Tech Conference” adlı tədbir keçirilib – Foto

Əlavə edilib:

31 may 2024-cü il tarixində “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə əməkdaşlığı, “Yelo Bank” ASC-nin təşkilati dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq “Customer Tech Conference” adlı tədbir keçirilib.

Bankların aidiyyəti sahə üzrə nümayəndələrinin iştirak etdiyi konfransda “Mastercard Worldwide” beynəlxalq ödəniş sistemi tərəfindən həyata keçirilən son texniki dəyişikliklər, yeni məhsul və xidmətlər haqqında məlumat verilib, həmçinin innovativ xidmətlər və onların üstünlükləri haqda fikir mübadiləsi aparılıb.

Eyni zamanda konfransda beynəlxalq ödəniş sisteminin nümayəndələri tərəfindən 2024-cü ildə tətbiqi məcburi xarakter daşıyan xidmətlər, “MC Connect Updates & Support Case Management” üzrə dəyişikliklər, “Stand-In Performance” proqramı, ölkələr arasında ödəniş əməliyyatları üzrə tətbiq edilən xidmətlər, iri bazarlar üçün kommersiya layihələri və digər məhsul və xidmətlər haqqında məlumatlar açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT