“Bank işlərində rəqəmsal transformasiya” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri həyata keçirməkdə davam edir.

Bu tədbirlərin davamı olaraq 24 fevral 2022-ci il tarixində ABA-nın dəstəyi ilə “DDTECH” şirkəti tərəfindən “Bank işlərində rəqəmsal transformasiya” mövzusunda vebinar keçirilmişdir.

Vebinarda şirkətin baş direktorları Onur Turan, Onur Kartal və məhsul üzrə direktor Miray Ece Karacık sözügedən mövzuda təqdimatla çıxış etmişdir.

Təqdimat zamanı iştirakçıların sualları ətraflı cavablandırılmışdır.

MÜDDƏT