Bank nümayəndələrinə “Data Analitika Platforması” haqqında məlumat verilmişdir

Əlavə edilib:

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 16-17 iyun 2022- ci il tarixlərində, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2022 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” keçiriləcəkdir. Həmçinin Sammit çərçivəsində yan tədbirlərin (side events) keçirilməsi də nəzərdə tutulmuşdur.

Belə ki, 14 iyun 2022-ci il tarixində “Qlik Sense” şirkəti tərəfindən “Kredit işi üzrə Ekspert Qrupu”nun üzvlərinə və bankların məlumatların təhlili sahəsində çalışan nümayəndələrinə  “Data Analitika Platforması” haqqında məlumat verilmiş və bu istiqamətdə suallar cavablandırılmışdır. Təqdimat zamanı məlumatların toplanması, işlənməsi, analizi və təhlil nəticələrinin biznesə tətbiq edilməsi kimi məsələlərə toxunulmuşdur.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirələr aparılmışdır.

MÜDDƏT