Bank Ombudsmanı artıq 10000 ABŞ dollarına qədər şikayətlərə baxa biləcəkdir

Əlavə edilib:

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncaqda “Bank Ombudsmanın Əsasnaməsi”nə müvafiq dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı artıq 10000 (on min) ABŞ dollarına qədər şikayətlərə baxa biləcəkdir. Buna qədər isə həmin məbləğ 2000 (iki min) ABŞ dolları idi.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının  3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Bank Ombudsmanının məqsədi banklar və fiziki şəxslər arasında müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılmasıdır.

Bank Ombudsmanı iddia məbləği maksimum 10000 (on min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, mübahisə motivi məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan, bankların müştəriləri – fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında yazılı Bəyannaməni imzalayan maliyyə qurumlarından olan bütün növ (kredit, pul köçürmələri, depozitlər, kredit kartları və s.) şikayətlərə baxır. Hazırda Bank Ombudsmanı 22 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan mübahisələrə baxır.  

MÜDDƏT