Bank ombudsmanı İkram Kərimova fəxri ad verilmişdir

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Azərbaycanın əməkdar hüquqşünası, tanınmış vəkil İ.Kərimov “Türk dünyasına müstəsna xidmətlərinə və Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə” “Fəxri professor” adına layiq görülüb.

Qeyd edək ki, İkram Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank Ombudsmanıdır.

İkram Kərimovun həyat və fəaliyyətini əhatə edən 3 cildlik “Zirvədən-zirvəyə” adlı kitabını aşağıda sizə təqdim edirik;

I Cild

II Cild

III Cild

MÜDDƏT