Bank Ombudsmanına yeni bank qoşulmuşdur

Əlavə edilib:

Banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalayanlar sırasına daha bir bank qoşulmuşdur.

Belə ki, Azərbaycan Banklar Assosiasiyasiyasının (ABA) Ümumi Yığıncağının 19 fevral 2021-ci il tarixli qərarı ilə “Naxçıvanbank” ASC ABA-ya üzv seçilmişdir. Bu səbəbdən  “Naxçıvanbank” ASC banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə 7 mart 2021-ci il tarixində Bəyannaməni imzalayaraq öz razılıqlarını bildirmişlər.  Bundan sonra müştərilər bank ilə onlar arasında fikir ayrılıqları mövcud olduğu halda, “Bank Ombudsmanın Əsasnaməsi”nə və “Bank Ombudsmanın fəaliyyəti haqqında Reqlament”ə müvafiq olaraq, www.bankombudmsan.az saytına daxil olub müvafiq formanı dolduraraq, onlayn qaydada müraciət edə biləcəklər.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 aprel 2017-ci il tarixli iclasında qəbul edilib və hazırda ABA üzvü olan 22 bank və 2 bank olmayan kredit təşkilatı (BOKT) mübahisələrə Bank Ombudsmanı tərəfindən baxılması məqsədi ilə Bəyannamənin imzalamışdır.

MÜDDƏT