“Bankçılıq Mükafatları- 2021” tədbiri keçirilib

Əlavə edilib:

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Onlayn formatda baş tutan yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları – 2021” adlı tədbiri də baş tutmuşdur.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2021-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, 2021-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AFB Bank” ASC,                          “ABB” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC,  “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan) ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif edilib.

“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC mükafatlandırılıb.

“Elektron Bankçılıq” nominasiyası üzrə “Kapital Bank” ASC və “Unibank” KB ASC mükafatlandırılıb.

“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən ABA üzvü” nominasiyası üzrə “Bank of Baku” ASC, və “Rabitəbank” ASC mükafatlandırılıb.

MÜDDƏT