Banklar arasında ilk Şahmat Çempionatı başlayıb

Əlavə edilib:

29 aprel 2016-cı ildə Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüskarlığı və Azərbaycan Şahmat Federesiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Banklar Arasında Şahmat üzrə şəxsi komanda çempionatı”nın açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən ABA-nın Rəyasət Heyətinin üzvü və “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev 17-30 sentyabr 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinin əlamətdarlığını da qeyd edərək, Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək üçün Azəbaycan bankları arasında analoji çempionat təşkil olunmasını məqsədə uyğun hesab etdiyini bildirib. Sonda isə O. bütün iştirakçılara müvəqqətiyyət arzulayaraq Çempionatı açıq elan edib.

Puşkatmadan sonra iştirakçılar öz rəqibləri ilə görüşüb və ilk turun ən güclülərini müəyyən ediblər.

İştirakçıların siyahısı, birinci günün nəticələri və ikinci gün kimlərin bir-birinə rəqib olduğunu bilmək üçün www.chess-results.com saytına daxil ola bilərsiniz.

Qeyd edək ki, Çempionat 9 gün (29 aprel – 7 may) davam edəcək.

Xatırladaq ki, birincilik uğrunda 19 bankdan 82 iştirakçı mübarizə aparır.

MÜDDƏT