Banklararası şahmat turnirinin qalibləri bəlli olub

Əlavə edilib:

13-15 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federesiyasının təşəbbüsü ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş banklararası şahmat yarışı başa çatıb.

BBN.az xəbər verir ki, Yarışın nəticələrinə əsasən şəxsi komanda çempionatında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “TuranBank” ASC qərarlaşıb.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə Azərbaycan Beynəlxalq Bankı-nın nümayəndəsi Hacılı Rauf qalib gəlib.

2-ci yeri TuranBank -ın nümayəndəsi Əliyarov Ruslan qazanıb.

3-cü yerdə isə Nikoil Bank -ın nümayəndəsi Rəhimov Beyrək qərarlaşıb.

4-cü yeri Azərbaycan Beynəlxalq Bankı-dan Bədəlov Rəşad, 5-ci yerdə AccessBank -dan Süleymanlı Elbrus, 6-ci yeri Rabitəbank -dan Əhmədov Fəxri, 7-ci yeri TuranBank-dan Axundov Mehdi, 8-ci yeri RespublikaBank -dan İsmayılov Elvin qazanmışlar.

Artıq 4-cü dəfə keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 22 kredit təşkilatından 70-ə yaxın nümayəndə iştirak edib.

Qeyd edək ki, Yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş banklararası şahmat yarışı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilir.

MÜDDƏT