“Banklarda fırıldaqçılıq” mövzusunda onlayn dəyirmi masa keçirilmişdir

Əlavə edilib:

Məlumdur ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 28-29 yanvar 2021-ci il tarixlərində FİNTEX SAMMİT ONLAYN (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) adlı tədbiri təşkil edir.

27 yanvar 2021-ci il tarixində ABA-nın “Risklərin İdarə Edilməsi”, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq” üzrə Ekspert Qruplarının və ABTM-nin ekspertlərinin və direktoru Cavanşir Abdullayevin iştirakı ilə “Zoom” platforması üzərindən “Banklarda fırıldaqçılıq” mövzusunda onlayn dəyirmi masa sammit çərçivəsində bir neçə əlavə tədbirlərdən biri olaraq keçirilmişdir.

Dəyirmi masanın keçirilməsinin əsas məqsədi son dövrdə elektron ticarət əməliyyatlarında müşahidə olunan sıçrayışlı artımın fırıldaqçıların bu sahəyə olan marağını artırmaqla, fırıldaqçılıq məqsədilə yeni üsulların tətbiq edilməsinə səbəb olmasıdır.

Dəyirmi masada həmçinin ABA-ya üzv bankların risk və ödəniş sistemləri üzrə nümayəndərləri iştirak etmiş sonda mövzu üzrə qarşılıqlı müzakirələr aparılmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT