“Banklarda texnoloji və təşkilati alətlərlə GDPR uyğunluğunun təmini (fərdi məlumatların qorunması)” adlı vebinar keçirilmişdir

Əlavə edilib:

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.

5 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Banklarda texnoloji və təşkilati alətlərlə GDPR uyğunluğunun təmini (fərdi məlumatların qorunması)” adlı vebinar bu cür tədbirlərin davamı olaraq keçirilmişdir.

Vebinarda aşağıdakı mövzular üzrə müzakirələr aparılmışdır:
• Fərdi məlumatların qorunması üzrə ISO27011 tələbləri;
• Banklarda fərdi məlumatların qorunması üzrə tələb olunan siyasət və
proseduralar;
• Biznes informasiya resursları üzrə nəzarətlər;
• Bankların rəqəmsal sistemlərində fərdi məlumatlarda insidentlərin idarə
olunması nəzarətləri;
• Girişə nəzarət vasitələri;
• Loqlaşdırma və monitorinq vasitələri;
• Texniki nəzarətlərin tətbiqi metodları.

Vebinarda Texnoloji İdarəetmə və İnformasiya təminatı üzrə ekspert İlqar Əliyev çıxış etmişdir. Sonda mövzu üzrə müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır.

MÜDDƏT