“Beynəlxalq Əmanət Günü: Pulumu necə idarə edim?” adlı vebinar keçiriləcəkdir

Əlavə edilib:

31 oktyabr Beynəlxalq Əmanət Günü, həmçinin noyabr ayı Maliyyə Savadlılığı ayıdır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin əsas istiqamətlərindən biri də maliyyə savadlılığının artırılmasıdır. Bu məqsədlə ABA tərəfindən müxtəlif tədbirlər keçirilmiş, müvafiq işlər görülmüşdür.

Belə tədbirlərdən biri də 11 noyabr 2020-ci il tarixində, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA və Sparkassen-Finanzgruppe tərəfindən keçiriləcək “Beynəlxalq Əmanət Günü: Pulumu necə idarə edim?” adlı vebinardır. Vebinarda spikerlər tərəfindən pulun idarə edilməsi, gələcək sərmayə olaraq istifadə edilməsi, müştəri-bank münasibətləri, pulu bankda saxlamağın üstünlükləri, Mərkəzi Bakın rəqəmsal identifikasiya sistemi haqqında çıxışlar ediləcək, müzakirələr aparılacaq.

Vebinar Zoom platforması üzərindən həyata keçiriləcəkdir.

Vebinarda iştirak üçün qeydiyyat linki: https://forms.gle/c3yT5FcjYeGhgaKs5

Vebinar haqqında daha ətraflı: https://fb.me/e/6bTUkCalo

MÜDDƏT