Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş konfransda ABA-nın eksperti moderator kimi çıxış etmişdir

Əlavə edilib:

Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş “Azərbaycan üçün daha güclü kiber ekosistem [More Powerful Cyber Ecosystem for Azerbaijan)”  konfransı keçirilmişdir.

Konfransda Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən İT və İT təhlükəsizlik ekspert qrupunun üzvü İlqar Əliyev “Davamlı kibertəhlükəsizlik ekosisteminə doğru: Azərbaycan, Türkiyə və İsrail modelləri nümunəsində” panelindəKibertəhlükəsizlik trendləri: 2022 və yaxın gələcək” mövzusunda moderator kimi çıxış etmişdir.

Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Qeyd edilməlidir ki, ABA-nın nəzdində 12 Ekspert Qrupu fəaliyyət göstərir. Sözügedən ekspert qrupunda İnformasiya Texnologiyaları sistemlərinin tətbiqi və idarə olunması, informasiya təhlükəsizliyi, bank əməliyyat sistemləri, yerli və xarici İT şirkətlərlə iş aparılması, reqəmsal texnologiyalarla əlaqədar yerli bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, qeyd olunan istiqamətdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlər həyata keçirilir.

MÜDDƏT