Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası keçirilmişdir

Əlavə edilib:

11 noyabr 2020-ci il tarixində Özbəkistan Bankları Assosiasiyasının təşkilatçılığı ilə MDB, Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurası -BBŞ) “Rəqəmsallaşma pandemiyanın aradan qaldırılması kontekstində müasir bir maliyyə və bank sisteminin inkişafı üçün əsas tələb kimi və böhrandan sonrakı dövrdə bankların inkişaf strategiyası” mövzusunda videokonfrans formatında növbəti iclası keçirilmişdir.

İclasda BBŞ-na daxil olan Rusiya, Belarusiya, Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Monteneqro, Bosniya və Herseqovina, Orta və Şərqi Avropa, Ukrayna banklar Birliklərinin və Assosiasiyalarının rəhbər şəxləri, habelə Rusiya və Özbəkistan Mərkəzi Banklarının nüməyyəndələri iştirak etmişlər.

Videokonfransda ölkəmizin bank icmasını Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və qurumun İcraçı Direktoru Yunus Abdulov təmsil edirdilər.

İclas Beynəlxalq Bank Şurasının üç il ərzində gördüyü işlərin nəticələrinin müzakirəsi ilə başlamış daha sonra pandemiya dövründə bank sisteminin rəqəmsallaşmasının prioritet istiqamətləri, o cümlədən pospandemiya dövründə maliyyə-bank sisteminin inkişaf strategiyası mövzusunda spikerlərin çıxışları ilə davam etmişdir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) İcraçı Direktoru Yunus Abdulov Assosiasiyanın pandemiya dövründə mövcud şəraiti nəzərə alaraq gördüyü işlər, rəqəmsal transformasiya sahəsində əsas fəaliyyət istiqamətləri, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi mövzularında məruzə ilə çıxış etmişdir.

İclasın yekununda iştirakçılar yetkinliklə BBŞ-nın cari rəhbərlərinin səlahiyyətlərinin uzadılmasına səs vermişlər. Belə ki, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevin MDB, Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurasının) növbəti dəfə 3 il müddətinə sədr müavini kimi səlahiyyətləri uzadılmışdır.

MÜDDƏT