Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib

Əlavə edilib:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısı Əzizağa Haxverdiyev, eləcə də IFC-nin proqram meneceri Leah Soroka və Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin Azərbaycanda nümayəndəsi Aqil Abdullayev iştirak ediblər.

Görüş zamanı kənd təsərrüfatının maliyyələşdirilməsinin cari statusu və təkmilləşdirilməsi imkanları,eləcə də kənd təsərrüfatının maliyyələşdirilməsində olan çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” və bu yöndə ABA-nın əməkdaşlıq imkanları müzakirə olunub.

IFC “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” (“Layihə”) çərçivəsində ölkədə ümumi investisiya mühitini təkmilləşdirmək və aqrobiznes sahəsində rəqabətliliyi artırmaq məqsədlərini güdür.

MÜDDƏT