“Beynəlxalq təcrübədə uğurlu Tənzimləyici Test Rejimi (Sandbox) layihələri” və “Agent bankçılıq” mövzularında vebinar keçirilib

Əlavə edilib:

“V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində yan tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Növbəti tədbirlərdən biri də Azərbaycan Respublikasının Mərkəzi Bankı, AzərbaycanBanklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə baş tutumuşdur. 6 dekabr 2021-ci il tarixində keçirilən vebinar  “Beynəlxalq təcrübədə uğurlu Tənzimləyici Test Rejimi (Sandbox) layihələri” və “Agent bankçılıq” mövzularını əhatə etmişdir.  

Banklar və fintexlərin müvafiq əməkdaşlarının iştirakı ilə baş tutan vebinarda  IFC də (Dünya Bankı Qrupu) məsləhətçi, Pul və Pul köçürmələri Assosiasiyasının icraçı direktoru Pavel Şust təqdimatla çıxış etmişdir.  

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT