“Bir ağac-min nəfəs” aksiyası davam edir

Əlavə edilib:

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gün “Unibank” ASC-nin Sumqayıt filialının qarşısında tinglərin paylanması aksiyası keçirilib.

“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə verməkdir.

Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir.

MÜDDƏT