“Blokçeyn və yeni texnoloji tətbiqlər üzrə təcrübə bölgüsü” mövzusunda təqdimat keçirilib

Əlavə edilib:

Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 25 oktyabr 2019-cu il tarixində “Blokçeyn və yeni texnoloji tətbiqlər üzrə təcrübə bölgüsü” mövzusunda təqdimat keçirilib.

Mərkəzi bankda keçirilən təqdimatda bankların İT və İT təhlükəsizlik üzrə rəhbər şəxsləri iştirak edib.

Qeyd edək ki, ölkədə rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması, o cümlədən “müştəri-bank” münasibətlərini daha müasir müstəvidə quraraq müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsi həyata keçirilir.

MÜDDƏT