“Climate change & Climate risk management” mövzusunda “workshop” keçirilmişdir

Əlavə edilib:

İqlim dəyişiklikləri özünü bir çox sahədə artıq daha da güclü büruzə verməkdə, iqtisadiyyatın bütün sahələri, eləcə də maliyyə sektoru üçün yaratdığı risklər gün keçdikcə daha da güclənməkdədir.

Bu risklərin düzgün idraəedilməsi prosesinə dəstək vermək üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə 18 fevral 2022-ci il tarixində ABA və “German Sparkassenstiftung”ün birgə təşkilatçılığı ilə “Climate change & Climate risk management” mövzusunda “workshop” keçirilmişdir.

“Fairmont Hotel”də baş tutmuş tədbir “Climate Risk Services” şirkəti tərəfindən keçirilmişdir.

Tədbir Beynəlxalq təşkilatın Azərbaycan üzrə nümayəndəsi Eduard Schmittin açılış nitqi ilə başlamış, “İqlim dəyişikliyi və İqlim riskinin icmalı, Maliyyə sektoru üçün mövzunun əhəmiyyəti, Mərkəzi bankların qlobal yanaşmaları, Maliyyə institutları üçün trendlər və ən yaxşı yanaşmalar” kimi mövzulara toxunulmuşdur. Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT