“Commerzbank”ın nümayəndəsinin “Komplayns” Ekspert Qrupunun üzvlərilə görüşü keçirilmişdir

Əlavə edilib:

06-07 noyabr 2019-cu il tarixlərində keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda spiker qismində çıxış edən “Commerzbank”ın nümayəndəsi cənab Volker den Ouden-in 06 noyabr 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Komplayns” Ekspert Qrupu ilə görüşü keçirilmişdir.

Paşa Bank-ın baş ofisində keçirilən görüşdə Beynəlxalq sanksiyalar mövzusuna dair Avropa Birliyinin və  xususilə “Commerzbank”ın mövqeyi ətrafında geniş müzakirələr aparılmışdır. Əlavə olaraq real əməliyyatlar üzərindən müzakirələr aparıldığı üçün görüşün bank nümayəndələri üçün səmərəli olduğu bildirilmişdir.  

MÜDDƏT