“Cyber & intelligence” – trendlər, hücum növləri, həllər mövzusunda seminar keçirilib

Əlavə edilib:

8-9 dekabr 2021-ci il tarixlərində baş tutmuş “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində həyata keçirilən yanaşı tədbirlərdən növbətisi baş tutub.

Belə ki, 9 dekabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mastercard beynəlxalq kart təşkilaltının birgə təşkilatçılığı ilə seminar keçirilmişdir. Bankların avtorizasiya və fraud sahəsində çalışan müvafiq əməkdaşları üçün nəzərdə tutulan seminar “Cyber & intelligence” – trendlər, hücum növləri, həllər mövzusunu əhatə etmişdir.

Seminarda Mastercardın biznesin inkişafı üzrə direktoru Gökberk Bıçakçı təqdimatla çıxış etmişdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT