“Daşınar əmlakın yüklülüyü dövlət reyestrindən istifadənin üstünlükləri və istifadə üsulları” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Bildiyiniz kimi, 8-9 dekabr 2021-ci il tarixlərində baş tutacaq “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində bir sıra yan tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu yan tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA)  tərəfindən 30 noyabr 2021-ci il tarixində  sahibkarlar üçün “Daşınar əmlakın yüklülüyü dövlət reyestrindən istifadənin üstünlükləri və istifadə üsulları” mövzusunda vebinar təşkil edilmişdir.

Vebinar zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri tərəfindən reyestrin faydaları, daşınar əmlakın reyestrdə qeydiyyatı üsulları, daşınar əmlakın girov kimi cəlb edilməsi imkanlarının artırılması üçün sahibkarların görə biləcəyi işlər barədə görüş iştirakçılarına geniş məlumat verilmişdir.

Sonda mövzu üzrə sahibkarların sualları cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT