“Daxili audit üzrə Ekspert Qrupu”nun cari ildə ilk iclası keçirilib

Əlavə edilib:

19 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilmişdir.

İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır.

İclasın gündəliyində duran əsas məsələlər yeni kredit risklərinin idarəedilməsi  (fraud hallar), xüsusi ehtiyat fondlarına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılma qaydası olmuşdur.

İclas zamanı sözügedən məsələlər barədə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT