“Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

Əlavə edilib:

9 sentyabr 2022-ci il tarixində ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir.

İclas “Daxili audit üzrə Ekspert Qrupu”nun sədri Elgün Qurbanovun açılış nitqi ilə başlamışdır.

İclas zamanı audit seçmələrinin aparılması meyarları, istifadə edilən alətlər, daxili auditin kənar qiymətləndirilməsi prosesi, daxili audit standartlarının Azərbaycan dilinə tərcümə edilmiş redaksiyası haqqında müzakirələr aparılmışdır.

Sözügedən məsələlər barədə görüş iştirakçıları arasında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT