Dövlət İqtisad Universitetinin tələbələri PAŞA Bank-ın Rəqəmsal Laboratoriyası ilə tanış olublar

Əlavə edilib:

13-17 may 2019-cü il tarixlərini əhatə edən “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir. 

Bu qəbildən olan növbəti tədbir isə 13 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası, PAŞA Bank və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə tələbələrin PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasına səfəri təşkil edilmişdir.  Ziyarət çərçivəsində tələbələrə Rəqəmsal Laboratoriyanın fəaliyyəti haqqında məlumat verilmiş və onların sualları cavablaşdırılmışdır.

MÜDDƏT