Dövlət Vergi Xidmətinin nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının ekspert qruplarının üzvləri arasında görüş keçirilmişdir

Əlavə edilib:

12 iyul 2021-ci il tarixində Dövlət Vergi Xidmətinin (DVX) aidiyyəti strukturlarının nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının (ABA) ekspert qruplarının üzvlərinin iştirakı ilə onlayn formatda görüş keçirilmişdir.

Görüşün əsas müzakirə mövzusu “Foreign Account Tax Compliance Act” (FATCA) və “Common Reporting Standard” (CRS) hesabatları ilə əlaqədar ABA tərəfindən Dövlət Vergi Xidmətinə təqdim olunan təkliflərin müzakirəsi olmuş, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

MÜDDƏT