Qrupda bank işi üzrə tədris strategiyaları və insan resurslarının idarə olunmasına aid məsələlərin müzakirə edilməsi, əhalinin maliyyə savadlığının artırılması istiqamətində layihələrin və proqramların hazırlanması, bu sahədə Mərkəzi Bank tərəfindən irəli sürülən təşəbbüslərə dəstək olunması, bankların ixtisaslı kadr çatışmazlığı ilə bağlı üzləşdikləri problemlərin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələrin aparılması, İR menecerləri klubunun yaradılması, həmçinin qeyd olunan istiqamətlərdə xarici təcrübənin, qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsi, ABA-nın əməkdaşlıq etdiyi regional, beynəlxalq assosiasiya və federasiyalarının oxşar qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə işlər aparılır.