Müzakirə olunmalı mövzular və məsələlər
Qanunvericilik, hüquqi normativ sənədlər:
- Kapitalının və onun adekvatlığının hesablanması
- Likvidliyinin idarə olunması
- Açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi
- Valyuta rejimi
- Valyuta, faiz və likvidlik risklərinin idarə edilməsi
- Törəmə alətlərin hüquqi çərçivəsi
- Nağd pul dövriyyəsi və inkassasiya
Maliyyə bazarları və Birjalar:
- Maliyyə bazarlarının inkişafı üçün banklararası razılaşmaların müzakiəsi
- Banklararası Təminatlı Pul Bazarının qurulması
- Bir günlük tələblər üzrə əməliyyatlar (overnight / intraday) bazarı
- Pul və Kapital bazarlarının təkmilləşdirilməsi
- Bütün əməliyyat çərvəsinin vahid ticarət platformasında cəmləşməsi (Bloomberqin timsalında)
- Bank – BFB – MDM məlumat axının tam avtomatlaşdırılması və sadələşdirilməsi
- Birjanın ticarət platformasının bütün banklarda quraşdırılması və ticarət platformalarına telefon üzərindən daxil olmaq
- Ticarət olunan alətlər barədə vahid informasiya bazasının yaradılması (forex-Bloomberg, q/k-BFB)
- Klirinq funksiyalarının Mərkəzi Banka ötürülməsi və ya banklardan birinə verilməsi
Maliyyə alətləri:
- Valyuta üzrə Spot və Forward alətlərinin formalaşdırılması
- Depozit svoplarını vahid struktura salmaq
- Faiz və Çarpaz valyuta faiz svoplarının formalaşdırılması
- Qiymətli kağızlar üzrə Buy & Sell və Sell & Buy əməliyyatlarının formalaşdırılması
- Ödənişləri həyata keçirmək üçün cari (gündaxili) kreditlərin yaradılması
Tənzimləyici orqan və əlaqədar dövlət qrumları ilə koordinasiya:
- Hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak etmək
- Müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması
- BFB və MDM üzrə komissiyalara yenidən baxılması
Fondların İdarə Olunması:
- Aktiv və Passivlərin İdarə Olunması
- Fondları transfer qiymətləndirilməsi
- Maya dəyərinin hesablanması metodologiyası