“Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusunda vebinar keçirilmişdir

Əlavə edilib:

Bildiyiniz kimi, 8-9 dekabr 2021-ci il tarixlərində baş tutacaq “V BEYNƏLXALQ BANKÇILIQ FORUMU” çərçivəsində bir sıra yanaşı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu yan tədbirlərdən biri olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mastercard beynəlxalq kart təşkilatı tərəfindən keçirilmişdir. Vebinar 30 noyabr 2021-ci il tarixində bank əməkdaşları üçün “Elektron ticarətdə fırıldaqçılıq halları” mövzusunda baş tutmuşdur.

Təlimdə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının risklərin idarə edilməsi üzrə eksperti Cem Kibaroğlu təqdimatla çıxış etmişdir.

Sonda mövzu üzrə suallar cavablandırılmış və müzakirə aparılmışdır.

MÜDDƏT