ABA ilə İFC Konfrans keçirib

14 sentyabr 2016-cı il – Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Banklar Assosiasiyası kiçik bizneslərin böyüməsi və onların yeni iş yerlərini yaratması səylərinin tərkib hissəsi olmaqla həmin bizneslərin maliyyə resurslarına çıxışının artırılmasına kömək məqsədi ilə bu gün konfrans təşkil etmişlər.

 Tədbir Azərbaycanda fərdi sahibkarlar və şirkətlərin dövriyyədə olan mallar və avadanlıq kimi daşınar əmlaklarının kreditlər üçün təminat vasitəsi kimi etibarlı istifadəsinə imkan verən daşınar əmlakın yüklülüyü islahatını necə dəstəkləməyə həsr olunmuşdur. Kiçik və orta sahibkarların bank kreditləri üçün daşınmaz əmlaka malik olmadıqları ölkələrdə bu islahat vacib əhəmiyyət kəsb edir. Bakıda keçirilmiş bu konfrans İsveçrə Hökümətinin İqtisadi Məsələlər üzrə Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən IFC Azərbaycan – Orta Asiya Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsinin fəaliyyətinin tərkib hissəsidir.

“Daşınar əmlakın yüklülüyü islahatı Azərbaycanda kiçik və orta sahibkarlara əhəmiyyətli təsir göstərə bilər” Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirmişdir. “Bu bizneslər iqtisdiyyatın vacib hissələrindən biridir və onların böyümələri və yeni iş yerləri yaratmaları üçün alətlərlə təmin edilməsi çox vacibdir”.

IFC Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasında Maliyyə Bazarlarına Nəzarət Palatasının daşınar əmlakın yüklülüyünü tənzimləyən qanunun layihəsinin işlənməsi səylərini dəstəkləmişdi. Qanunvericilik aktlarının layihələrinə hazırda hökümət tərəfinsən baxılır və tezliklə Milli Məclisə təqdim edilməsi gözlənilir. İslahat xüsusilə də aşağı neft qiymətləri fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməyə kömək edə bilər.

“Daşınar əmlakın yüklülüyü islahatı son dərəcə ehtiyacı olan maliyyəy resurslarına çıxışa can atan bizneslər üçün yeni imkanlar yarada bilər” IFC-nin Azərbaycanda Ölkə Nümayəndəsi Aliya Əzimova demişdir. “Aşağı neft qiymətlərindən irəli gələn son dəyişiklikər fonunda bu islahat Azərbaycanda çoxli kiçik bizneslərin öz ilkin addınlarını möhkəmləndirməyə və gələcək inkişafın əsasını qoymağa kömək edəcəkdir”.

IFC Azərbaycan – Orta Asiya Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi Dünya Bankı Qrupunun Maliyyə və Bazarlar Qlobal Təcrübəsinin tərkib hissəsidir.

MÜDDƏT