ABA-nın təşkilatçılığı ilə “Bankçılıqda müdafiənin dörd istiqaməti” adlı vebinar keçirilib

09 iyul 2020-ci il tarixində ABA-nın təşkilatçılığı ilə “Bankçılıqda müdafiənin dörd istiqaməti” adlı vebinar keçirilmişdir.

Vebinarda “DenizBank”ın Baş Audit İcraçısı Ramazan Işık təqdimatla çıxış edib. ABA-nın “Daxili Audit” üzrə Ekspert Qrupu üzvləri və digər üzvlərin iştirak etdiyi seminar iştrakçılar tərəfindən maraqla qarşılanıb. Vebinar zamanı bankda daxili audit işinin təşkilindən, auditin daha təhlükəsiz aparılmasından, həmçinin bu sahədə Türkiyə təcrübəsindən bəhs edilib.

Sonda iştirakçıların mövzu üzrə sualları cavablandırılıb.

MÜDDƏT