ABA tərəfindən “Agildə HR-ın rolu” mövzusunda vebinar təşkil edilmişdir

Azərbaycan Banklar Assosiasiyası (ABA) yaradılmasının 31-ci il dönümündə bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə növbəti vebinarını təşkil etmişdir.

30 mart 2021-ci il tarixində insan kapitalı və faydaları, məsləhətçilik və komanda işi sahəsində təcrübəsi olan “Willis Towers Watson” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilati dəstəyi ilə ABA-ya üzv təşkilatlarının əməkdaşları üçün “Agildə HR-ın rolu” mövzusunda vebinar keçirilmişdir.

Vebinarın moderatorları “Willis Towers Watson” şirkətinin istetadın idarəedilməsi və motivasiya üzrə nümayəndələri Doğan Çolak və Ümit Duman Agile haqqında ümumi məlumat vermiş, insan resurslarının idarəedilməsində rolu və prosesi haqqında təqdimat nümayiş etdirmiş, ABA-ya üzv qurumların nümayəndələrinin suallarını cavablandırmışlar.

MÜDDƏT