ABA tərəfindən “USABILITYLAB” şirkəti ilə birgə “İstifadəçi Təcrübəsi” (UX) mövzusunda vebinar keçirilmişdir

Məlum olduğu kimi, Azərbaycan Banklar Asossiasiyası  tərəfindən  bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə davamlı olaraq vebinarlar təşkil edilir.

18 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Asossiasiyası tərəfindən “USABILITYLAB” şirkəti ilə birgə Azərbaycan bankları üçün “İstifadəçi Təcrübəsi” (UX) mövzusunda  bu tədbirlərin davamı olaraq növbəti vebinar keçirilmişdir.

Vebinarda maliyyə sektorunda istifadəçi təcrübəsinin necə dəyişdiyi müzakirə edilmiş, bu istiqamətdə araşdırma nəticələri bölüşdürülmüş və  mövzu ətrafında  suallar cavablandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

MÜDDƏT