ABA VƏ AMB-nin təşkilatçılığı ilə vebinar keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarrifləndirici tədbirlərin icrasını davam etdirir.

Bu əsasda 4 iyun 2020-ci il tarixində ABA və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə “Visa Inc” beynəlxalq kart təşkilatı tərəfindən onlayn platforma vasitəsilə bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün vebinar keçirilmişdir.

Qeyd edək ki, vebinarda “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doros da iştirak etmişdir.

Təlimdə xarici ekspertlər “Hissəli ödəniş: artan tendensiya” və “CyberSource: Qlobal Ödəniş İdarəetmə Platforması” mövzularında təqdimat edib və iştirakçıların suallarını cavablandırıblar.

MÜDDƏT