Avropa Pul Viktorinasının final mərhələsi keçirilib

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə milli mərhələsi keçirilmiş Avropa Pul Viktorinasının final mərhələsi baş tutub.

Azərbaycan məktəblilərinin ilk dəfə qoşulduğu yarışmada ölkəmizi 257 nömrəli  məktəbin şagirdi Fərid Rəcəbov və  220 nömrəli məktəbin  şagirdi Pərviz  Fərzəliyev təmsil edib.

May ayının 7-də Belçikanın Brüssel şəhərində keçirilən Avropa Pul Viktorinasının final mərhələsi 2 turdan ibarət olub. İştirakçılar hər turda 15 sualı  cavablandırıblar.

28 ölkədən 56 məktəblinin mübarizə apardığı yarışmanın nəticələrinə görə ölkəmizi təmsil edən komanda ilk 5-likdə qərarlaşıb. Yarışmada ilk yeri Sloveniya, 2-ci yeri Makedoniya , 3-cü yeri isə Almaniya təmsilçiləri tutub.

Qeyd edək ki,  Avropa Banklar Federasiyasının  keçirdiyi Avropa Pul Viktorinasında ilk üç yerin qalibləri pul mükafatı digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif edilib.

Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.

MÜDDƏT