Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub.
16 noyabr 2023-cü il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
15 bankdan 92 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub.
Belə ki, “Kapital Bank” ASC və “ABB” ASC komandaları mümkün 36 sualdan 29-a doğru cavab verib və sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda I və II yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Nəticədə “Kapital Bank” ASC səsləndirilən əlavə 2 sualdan 2-ni də doğru cavablandıraraq I yerə layiq görülüb. “ABB” ASC komandası isə səsləndirilən əlavə 2 sualdan 1-ni doğru cavalandırıb. III yerin qalibi isə mümkün 36 sualdan 28-ni cavablandıran “Yelo Bank” ASC komandası olub.
Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” ASC I, “Bank Respublika” ASC II, “ABB” ASC isə III yerdə qərarlaşıb.
Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.
Sıra | Komanda | Xal |
I | “Kapital Bank” ASC | 31 |
II | “ABB” ASC | 30 |
III | “Yelo Bank” ASC | 28 |