Bakıda BAFT tərəfindən “Maliyyə cinayətləri və Komplayns” mövzusunda seminar keçirilib

7 mart 2019-ci il tarixində PASHA Bank və Kapital Bankın dəstəyi ilə Bakıda BAFT tərəfindən “Maliyə cinayətləri və Komplayns” mövzusunda seminar keçirilib. Seminarda banklara nəzarət orqanlarının, kommersiya banklarının və ölkəmizin aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışı  BAFT-ın vitse prezidenti Samanta Wyss tərəfindən həyata keçirilib. Daha sonra isə söz seminarın təlimçisi Ralph Wyss-ə verilib.

Tədbirdə Komplayns üzrə əsas trendlər, beynəlxalq sanksiyalar, öz müştərini tanı prinsipləri və digər mühüm məsələlər müzakirə edilib.

MÜDDƏT