MasterCard-la əməkdaşlıq çərçivəsində keçiriləcək VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU (IBF 2024) tədbirinin baş tutacağı tarixi elan etməkdən məmnunluq duyuruq. Forum “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” mövzusunda 3-4 dekabr 2024-cü il tarixlərində Bakıda keçiriləcəkdir. Tədbir Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir.
Əvvəlki IBF tədbirlərinin yaddaqalan anlarını xatırlamaq üçün videoları izləyə bilərsiniz:
Mastercard-ın Dəstək Videosu:
Mastercard General Manager – Husnu Avsar Gurdal
Bu iki günlük Forum, regionun ən iri maliyyə və bankçılıq tədbirlərindən biridir və Bakının imza tədbiridir.
Tədbirlərimiz haqqında daha çox məlumat linkdən əldə edə bilərsiniz: https://www.gbmevents.az/en/events
VIII Beynəlxalq Bankçılıq Forumu ilə bağlı ətraflı məlumat isə linkdədir. VIII Beynəlxalq Bankçılıq Forumu.
İndiyə qədər 8 ildir ki, IBF özünü sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyalar paylaşdığı, məhsul nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı və maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosistemi dünyalarına dərindən dalmağı təmin edən müstəsna bir platforma olaraq sübut edir. Bu tədbirdə yaranan yeni imkanlar və əlaqələr bizi daim ilhamlandırır.
İBF 2024, Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi müstəsna maliyyə-bank tədbiridir. Forum, tənzimləyici orqanlardan, banklardan, fintech şirkətlərindən, assosiasiyalardan, beynəlxalq maliyyə təşkilatlarından, yerli səfirliklərdən, akademik mütəxəssislərdən, tanınmış şirkətlərin rəhbərlik nümayəndələrindən, qərar qəbuledicilərdən və influenserlərdən ibarət çoxşaxəli iştirakçıları bir araya gətirir.
Əsas Forumdan əlavə, bu il iştirakçılar üçün dinamik iştirak və öyrənmə təmin edən müxtəlif yan tədbirlər (toplantılar, vebinarlar, seminarlar, müsabiqələr və s.) də təşkil olunacaqdır.
Sizi bu nüfuzlu tədbirdə görməkdən məmnun olarıq!
Bizi LinkedIn və Facebook-da izləyin: