“Bankçılığın Rəqəmsal Transformasiyası – Boşluqların Təhlili və Yol Xəritəsi” adlı seminar keçirilib

15 noyabr 2017-ci il tarixində “Landmark”da Bankçılığın Rəqəmsal Transformasiyası – Boşluqların Təhlili və Yol Xəritəsi” adlı seminar keçirilib.

Seminar İslandiyanın “Creditinfo” şirkəti tərəfindən təşkil edilib. Seminarda Azərbaycan  Banklar Assosiasiyasına (ABA) üzv təşkilatların risklər və satış üzrə rəhbər əməkdaşları iştirak edib.

Seminarda iştirakçılar 2 qrupa ayrılıb. Qrupların hər biri müxtəlif proseslər üzərində işləyib. İştirakçılar  mövcud Kredit Risklərinin İdarəedilməsi proseslərini təhlil edib, Strategiya, Əldə etmə/Yeni Biznes, Hesabların İdarəedilməsi, Yığım və Qaytarma kimi boşluqları müəyyən edib. Həmçinin, hansı sahələrin təkmilləşdirilməli olduğu müəyyənləşdirilib, qabaqcıl təcrübə üçün çatışmazlıqların aradan qaldırılması yolları müzakirə edilib. Qruplar proseslərin təkmilləşdirilməsi üçün təkliflər üzərində fikir mübadiləsi aparıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

MÜDDƏT