“Banklararası Boulinq Çempionatı-2024” keçirilib – Foto

30 aprel 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə növbəti dəfə “Banklararası Boulinq Çempionatı-2024” keçirilib.

Çempionatda ABA-nın 13 üzvünü təmsil edən komandalar iştirak edib. Boulinq Çempionatı 3 turdan ibarət olub.

Son nəticələrə görə “Bank Respublika” ASC 1-ci, “Yelo Bank” ASC-2-ci, “Ziraat Bank Azərbaycan” ASC 3-cü yerə layiq görülüb. Qalib komandalar uduş fondunda təyin edilən hədiyyələr və kubokla mükafatlandırılıblar.

Əlavə edək ki, ABA tərəfindən mütəmadi olaraq üzvlərlə birgə sosial yönlü layihələr həyata keçirilməkdədir.

MÜDDƏT