Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə bankların İnsan resursları və PR və Marketinq departamentlərinin rəhbərləri üçün seminar təşkil olunub.
İl sonu bütün işçilər üçün ən gərgin dövr hesab olunur və iş mühitində demək olar ki, hər kəs müasir zamanın tələbinə uyğun komputer önündə əyləşməli olur və bəzən bu fasiləsiz olaraq saatlarla davam edir. Belə halda işçilərin düzgün şəkildə qidalanması, düzgün əyləşmə, vaxtaşırı işə fasilə vermə, fasilələr zamanı yüngül fiziki hərəkətlərlə qan dövranını yaxşılaşdırma, göz sağlamlığı üçün “məşqlər” və digər bu cür nüanslar çalışanların sağlamlığı və məhsuldarlığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Seminarın əsas məqsədi də, məhz bu cür kiçik görünən, ancaq əhəmiyyətli nüansların işçilərin sağlamlığı və məhsuldarlığına müsbət təsirlərinin vurğulanması, həmçinin bu istiqamətdə tövsiyyələrin verilməsindən ibarət olub.
Bununla bağlı seminara dəvət edilmiş ekspert iştirakçılara gərgin iş mühitində düzgün qidalanmaq, düzgün əyləşmək, iş fasiləsi zamanı fiziki hərəkətlərin vacibliyi və bunlara əməl olunmasının müsbət təsirlərindən danışıb.
Sonda ekspert departament rəhbərlərinə mövzu barədə tövsiyələrini verib.