Daşınar əmlaka əsaslanan maliyyələşmə imkalarından faydalanaq” adlı konfrans keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və İsveçrənin İqtisadi Məsələlər üzrə Katibliyinin (SECO) təşkilatçılığı ilə “Daşınar əmlaka əsaslanan maliyyələşmə imkalarından faydalanaq” adlı konfrans keçirilib.

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin fəaliyyətə başlaması daşınar əmlaka əsaslananan maliyyələşmənin tətbiqi üçün geniş imkanlar yaratmışdır. Bu sahədə göstərilmiş təşəbbüslərin davamı olaraq, konfransda beynəlxalq ekspertlər tərəfindən daşınar əmlaka əsaslanan maliyyələşmə məhsulları barədə təqdimatlar nümayiş etdirilib.

Konfransın ilk günü(13 fevral) birinci yarısı maliyyə təşkilatlarının rəhbərləri və daşınar əmlaka əsaslanan maliyyələşmənin cari tarixdə maliyyə təşkilatları üçün faydaları barədə təqdimatlar təqdim edilib.

Konfransın sonrakı təqdimatları daşınar əmlaka əsaslanan maliyyələşmə sahəsində aparıcı şəxlər (departament, bölmə rəhbərləri) üçün baş tutub və daşınar əmlaka əsaslanan maliyyə məhsulları barədə təfərrüatlı müzakirələri ehtiva edib.

Konfransı giriş sözü ilə İFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov, SECO təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli və ABA-nın prezidenti Zakir Nuriyev açıb.

Tədbir təqdimatlarla davam edib.

MÜDDƏT