IFRS 9-un tətbiqinin praktik aspektlərinə dair təqdimat keçirilib

7 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə bank nümayəndələri üçün “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9-un tətbiqinin praktik aspektləri”nə (IFRS 9) dair təqdimat keçirilib.
Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların nümayəndələri iştirak ediblər.

“Ernst&Young “şirkətinin təmsilçisi tərəfindən keçirilən təqdimatda IFRS 9-un praktik aspektləri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT