II Bankçılıq Forumu öz işinə başlayıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda keçirilən “II Bankçılıq Forumu” öz işinə başlayıb.

Açılış nitqi ilə çıxış edən ABA-nın prezidenti Zakir Nuriyev  cari makroiqtisadi və bank sektorundakı mövcud vəziyyət barədə məlumat verib.

Bildirib ki, ötən dövr ərzində bank sisteminin sağlamlaşdırılması və konsolidasiya tədbirləri çərçivəsində bankların sayı 45-dən 31-ə enib, bankların maliyyə balanslarında daralma müşahidə edilib. Cari ilin ilk doqquz ayı ərzində bank aktivlərinin həcmi  17% azalaraq 26.2 mlrd. manat, kredit portfeli 25% azalaraq 12 mlrd. manat, depozit portfeli isə 2% azalaraq 19.5 mlrd. manat təşkil edib. Qeyri işlək kreditlərdə artım müşahidə edilib və bu cür kreditlərin portfeldə payı, kapitalın həcmi artıb.

“Neqativ meyillərə baxmayaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində bankların kapitallaşması prosesi davam edib, il ərzində bank sektorunun kapitalı 24% artaraq 3 mlrd. manatı ötüb “,- deyə Zakir Nuriyev qeyd edib.

Qeyd edək ki, 23 noyabr 2017-ci ildə başlayan forum 2 gün davam edəcək.

MÜDDƏT